Vikipediya, azad ensiklopediya
Jump to navigation
Jump to search
redaktə "Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "
Üçüncü zəng çalınır, pərdə qalxır...

|
Teatr portalına Xoş Gəlmişsiniz!
|
|

Hörmətli fahişə — Cənub əyalətlərinin birində yaşayan tanınmış ailənin övladı gənc sənaye işçisi Tomas və onun üç dostu futbol matçından sonra sərxoş şəkildə qatara minirlər. Şimal əyalətlərinin birində yaşayan küçə qadını Lizzi də özünə kiçik cənub qəsəbəsində yeni həyat qurmaq üçün eyni qatarla səyahət edir. Sərxoş ağ şəxslər əvvəlcə Lizziyə tanış olmaq üçün yaxınlaşırlar. Daha sonra isə qatara minən iki zənci şəxsi ələ salıb onlarla mübahisə edirlər. Tomas cibindən silah çıxardıb zənci şəxslərdən birini qətlə yetirir. Bunu görən digər zənci şəxs isə qorxaraq qatarın şüşələrindən tullanaraq qaçır. Lizzi isə bütün hadisələrin şahidi olmuşdur.

Aleksandr Mişon — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü. Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir.


Mirzəağa Əli oğlu Əliyev (1883, Hövsan, Bakı quberniyası, Rusiya imperiyası — 25 oktyabr 1954, Bakı, Azərbaycan SSR) — Azərbaycan-sovet teatr və kino aktyoru, SSRİ Xalq artisti (1949). Kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. Mirzəağa Əliyev 1906-1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907-1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı — İrəvanda yaradılan Azərbaycan dilində ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880-81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar.

Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979). İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.
|